HÜQUQ

TENCO Groupa daxil olan “M and Partners hüquq firması” Məhdud Məsuliyyətli Cəmiyyəti yüksək peşəkarlıqla korporativ, fərdi və hüquqi konsaltinq xidmətləri göstərən şirkətdir. Şirkətin əsas məqsədi hər bir müştərinin tələblərini fərdi şəkildə təhlil edərək, müxtəlif hallarda ən uyğun həll yollarının müəyyən olunması, mövcud olan mübahisə və məsələlərin kompleks şəkildə həlli, professionallıq, etibarlılıq, vicdanlılıq və konfidensiallıq prinsiplərinə əsaslanaraq yüksək səviyyəli hüquq xidmətləri göstərməkdən, o cümlədən, hüquqi maarifləndirmə tədbirlərinin təşkilindən ibarətdir.

Əsas fəaliyyət istiqamətlərimiz olan korporativ və fərdi hüquq xidmətlərinin göstərilməsi ilə yanaşı, şirkət tam ödənişsiz hüquqi konsaltinq xidməti də göstərməkdədir ki, bu da öz növbəsində ən prioritet məsələlərdən olan hüquqi maarifləndirmə işinin təşkilinə xidmət göstərir.

Şirkətin əməkdaşları müxtəlif sahələr üzrə yüksək ixtisaslı və təcrübəli hüquqşünaslardan ibarətdir. Bununla yanaşı, çoxsaylı yerli və xarici partnyorlarımızın vasitəsi ilə də öz xidmətlərimizi göstərməkdəyik.