RETAIL

TENCO Groupa daxil olan “Benzoil” Məhdud Məsuliyyətli Cəmiyyətinin əsas fəaliyyəti yanacaqdoldurma məntəqələri vasitəsi ilə yanacağın pərakəndə satışından ibarətdir. Şirkət yarandığı gündən əsas missiyası yüksək keyfiyyət, dürüstlük, müştəri məmnunluğunun təmin edilməsi olmuşdur. Şirkətin əməkdaşlarının qarşısında qoyulan əsas tələb isə ciddi nizam-intizam, qarşılıqlı etimad və tələbkarlıq, peşə bilik və bacarıqlarıının daim təkmilləşdirilməsi, müştəri məmnunluğunun təmin edilməsi olmuşdur.

Yanacaqdoldurma məntəqələri yüksək keyfiyyətli materiallardan inşa edilmiş və dünyanın aparıcı ölkələrində istehsal edilmiş ən müasir avadanlıqlarla təchiz edilmişdir. Məntəqələr həmçinin, yanğın əleyhinə mühafizə və təhlükəsizlik sistemləri, video müşahidə və həyəcan düymələri sistemləri, yanacağın keyfiyyətinə nəzarət sistemləri və avtomatik idarəetmə sistemləri (AİS) ilə təchiz edilmişdirlər. Həmçinin, yanacaqdoldurma məntəqələrində müştərilərin xidmətinə verilmiş avtoemalatxanalar, avtoyuma, avtomobil ehtiyyat hissələrinin satışını həyata keçirən mağaza və zəngin mətbəxi ilə seçilən kafe fəaliyyət göstərməkdədir.